BAKI, 27 avqust. TELEQRAF

“Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə əvvəllər dayandırılmış tədarükün bərpası ilə bağlı (Azərbaycanla) danışıqlar aparır”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.

“Bakı-Tbilisi-Ceyhanla bağlı operatorun orada hər hansı üzvi xlor birləşmələrinin olması ilə bağlı heç bir rəsmi açıqlamasını görməmişəm, amma bu barədə mətbuatdan öyrənmişəm. Çatdırılmaların dayandırılması xəbərləri var idi. Amma indi (neft-qaz şirkəti) “KazMunayQaz” bu marşrutun mümkün qədər tez bərpası ilə bağlı danışıqlar aparır”, - Akkenjenov bildirib.

Qazaxıstanın energetika naziri əlavə edib ki, bu kəmər böyük ötürmə qabiliyyətinə malikdir.