Bir neçə gün əvvəl Ərdəbil əyalətində, Muğanın Parsabad şəhərində fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında tutulan Azərbaycan türklərindən 9-u azadlığa buraxılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yazıçı Elşən Böyükvənd, Nadir Əzizi, Ramin Əzizpur, Ətabək Sepehri, Şəhram Huri, Arman Musəvi, Əli Əhmədi, Bəhram Bəradəran və Vəhid Nəriman ailələrinin qoyduğu mülk girovu qarşılığında müvəqqəti olaraq azad edilib.

Xatırladaq ki, noyabrın 6-da , İran Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc şəkildə təhqir edilib.

Noyabrın 9-da Güney Azərbaycanın bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq, fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.

Samir