Türkiyə polisi mühacirətdə yaşayan dini xadim Fetullah Gülenlə əlaqələri olmaqda şübhəli bilinən 35 nəfəri həbs edib.

Hizmet dini hərəkatının lideri Fetullah Gülen Türkiyə rəsmiləri tərəfindən höküməti devirməyə cəhd etməkdə, paralel dövlət sistemi qurmaqda ittiham olunur. Prezident Erdoğan Gülen tərəfdarlarını "dövlət içində dövlət" yaratmaqda ittiham edib. Türkiyə mediasının bildirdiyinə görə, həbs olunanlar arasında yüksək rütbəli məmurlar və polis zabitləri də var.

Vaxtilə Fetullah Gülen prezident Recep Tayyip Erdoğanın müttəfiqi olub. Lakin sonradan onların münasibətləri pozulub və nəticədə, Gülen hazırda ABŞ-da mühacirətdə yaşayır. Türkiyə məhkəməsi 2014-ci ildə Gülenin həbsinə qərar verərək onu "terrorçu silahlı qruplar" yaradaraq idarə etməkdə ittiham etmişdi. Bu ittihamı Gülenin özü qətiyyətlə rədd edir.

Recep Tayyip Erdoğan Hizmet hərəkatının təsir dairəsini 2013-cü ildən məhdudlaşdırmağa çalışır. Gülən hərəkatı kimi tanınan Hizmet hərəkatının 150 dən çox ölkədə milyonlarla tərəfdarı var.

Gülənçilər, deyilənə görə, qazanclarının 5%-20% arası payını ianə kimi hərəkatla əlaqəli qurumlara köçürürlər. Hərəkat Qazaxıstandan Keniyayadək tutmuş ölkələrdə fəalittət göstərən yüzlərlə islam məktəbini, təhlil mərkəzlərini maliyyələşdirir. Ötən həftə Gülənlə əlaqəli olan media qrupun mənzil qəragahına keçirilmiş polis reydi ölkədə parlament seçkiləri ərəfəsində media azadlıqlarının vəziyyətinə dair narahtlığı artırdı.

Bazar günü hakim AKP partiyasının seçkilərdə qələbəsi ölkədə gərginliyin artması ilə bağlı narahatlıq dövrünə təsadüf edib. Ötən ay Ankarada 100-dən çox adamın ölümü ilə nəticələnmiş qoşa partlayışlar törədiləndən sonra Türkiyə İD qrupuna qarşı əməliyyatları intensivləşdirib. Türkiyə hərbiyyəsi bazar ertəsi İraqın şimalında PKK silahlılarının bazalarına havadan zərbələr vurub.

Hərbiyyənin çərşənbə axşamı yaydığı məlumata əsasən, Türkiyə təyyarələri Qəndil dağlıq ərazi də daxil 6 dislokasiyada yerləşən PKK sığınaqları, bunkerləri və silah ambarlarına zərbə endirib. İyul ayında Türkiyə təhlükəsizlik qüvvələrilə PKK silahları arasında iki il sürən atəşkəsin pozulduğunu işarələmiş toqquşmalar yenidən başlayandan bəri Türkiyə ordusu PKK hədəflərini vurmaqda davam edir.