BAKI, 29 avqust. TELEQRAF
Kiyevdə parka düşən dron qalıqları azyaşlı uşağın həyatına son qoyub.
Teleqraf "Ukrainska Pravda"ya istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Günorta saatlarında Rusiya ordusunun kütləvi dron hücumu zamanı vurulan PUA qalıqları Obolon rayonundakı məşhur "Natalka" parkına düşüb. Hadisə zamanı yaxınlıqdakı kafe binasına ciddi ziyan dəyib və orada olan azyaşlı aldığı ağır yaralardan həyatını itirib.
Paralel olaraq paytaxtın Podolsk rayonundakı qeyri-yaşayış binaları da hədəf alınıb.