BAKI, 29 avqust. TELEQRAF
Nigerin paytaxtında hava limanı və prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilir.
Teleqraf "Reuters" agentliyə istinadla xəbər verir, Nigerin paytaxtı Niameydə silah səsləri və partlayışlar eşidilir.
Nəşrin məlumatına görə, naməlum şəxslər Diori Amani Beynəlxalq Hava Limanına hücum edib və prezident iqamətgahının ətrafındakı təhlükəsizliyi pozmağa cəhd ediblər.
Bundan əlavə, şəhərdəki "101 saylı" böyük hərbi obyekt də hədəf alınıb. Təhlükəsizlik qüvvələrindəki mənbələr hücum edən terrorçulardan bəzilərinin zərərsizləşdirildiyini, qalanlarının isə qaçdığını bildirib.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Nigerdə hərbi çevriliş baş verib və prezident Məhəmməd Bazum devrilib. Ölkə Mali və Burkina-Faso ilə birləşərək Sahel Dövlətləri Alyansını yaradıb.