BAKI, 20 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyak ölkədə seçkilərin keçirilməsinin hazırda mümkün olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “La Repubblica” qəzetinə müsahibəsində danışıb.

Podolyak keçmiş müdafiə naziri Mixaylo Fedorovun Ukraynada seçkilərin keçirilməsi ilə bağlı çağırışını şərh edərkən bildirib ki, hazırda bunun üçün lazımi şərait yoxdur:

"Düzünü desəm, bu gün başqa xərcləmə prioritetləri də var. Bu gün səsvermənin keçirilməsinə zəmanət vermək üçün heç bir şərt yoxdur. Seçkilərin keçirilməsinə mane olan amillər kimi davam edən müharibə, işğal olunmuş ərazilər və vətəndaşların köçürülməsidir. Seçkilərin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil və bu şərt qüvvədə olan qanunla nəzərdə tutulub”, - deyə Zelenskinin müşaviri əlavə edib.