BAKI, 29 iyun. TELEQRAF
Dövlət sərhədinin pozulması halında Belarus bütün hərbi potensialı ilə cavab verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Belarusun xarici işlər nazirinin müavini İqor Sekreta "RT" telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Belarus üçün ən mühüm qırmızı xətt məhz dövlət sərhədidir:
"Prezident Aleksandr Lukaşenko tərəfindən müəyyən edilən qırmızı xətlər bizim sərhədimizdir. Əgər bu sərhəd icazəsiz və ya təcavüz xarakterli şəkildə keçilərsə, biz buna bütün potensialımızla cavab verəcəyik. Ukraynalı qonşularımız bunu bilir".