BAKI, 28 iyun. TELEQRAF
Qazaxıstan Müdafiə Nazirliyi iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər iyunun 29-dan iyulun 2-dək davam edəcək və əsasən hərbi hissələrin ərazilərində, eləcə də təlim poliqonlarında keçiriləcək.
Nazirlik qeyd edib ki, bəzi hərbi bölmələr təlim mərkəzləri və poliqonlara yürüş edəcəklər. Bu səbəbdən yolun müəyyən hissələrində hərbi texnikanın hərəkəti ilə əlaqədar müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər.
Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb.