BAKI, 27 may. TELEQRAF
Rusiyanın hazırda NATO üzvü olan ölkələrə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək planı yoxdur.
Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski ölkənin Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yayımlanan açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin niyyətləri Qərbi Avropada bir çoxlarının düşündüyündən daha ciddi qiymətləndirilməlidir:
“Əgər Rusiya belə bir əməliyyata hazırlaşsaydı, biz bunu görərdik. Peyk kəşfiyyatı imkanlarımız mövcuddur. Ukrayna ətrafında yüz minlərlə hərbçinin cəmləşdirilməsini aylar öncədən müşahidə etmişdik”, – Sikorski qeyd edib.
O vurğulayıb ki, Rusiya genişmiqyaslı işğaldan fərqli olaraq təxribat xarakterli hücumlar və ya digər təxribat xarakterli cəhdləri həyata keçirə bilər.
“Rusiya tammiqyaslı işğala uyğun olmayan təxribatlar törətməyə qadirdir. NATO da bu cür hərəkətlərə hazır olmalıdır”, – Polşa XİN rəhbəri əlavə edib.