BAKI, 24 may. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi gecə aviazərbələri nəticəsində azı 17 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə fövqəladə hallar qərargahının yaydığı məlumatda bildirilib.
Məlumata görə, İsrail təyyarələri “Hizbullah”ın dayaq məntəqələrinin yerləşdiyi Cənubi Livandakı yaşayış məntəqələrinə hücum edib.
Açıqlamada qeyd olunur ki, aviazərbələr Cəzzin, Nəbatiyyə və Tir bölgələrində yerləşən 16 şəhər və qəsəbəyə endirilib.
Bildirilir ki, Meyfadun və Deyr-Kanun yaşayış məntəqələrinə səkkiz, Arzun, Serifə və Əl-Qətaraniyə isə altı hava zərbəsi endirilib.