BAKI, 19 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sülh sazişi bağlamaq üçün İranın "son şansı" olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə "Fox News" telekanalına açıqlamasında bildirib.

D.Tramp 2015-ci ildə İranla nüvə sazişi imzalayan sabiq Prezident Barak Obamanın səhvini təkrarlamayacağını xüsusi vurğulayıb.

ABŞ rəhbəri rəsmi Tehrana sərt xəbərdarlıq edib: "Əgər İran bu sazişi imzalamasa, bütün ölkə havaya uçurulacaq".