BAKI, 9 aprel. TELEQRAF
Livanın Baş naziri Nəvaf Salam Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı zamanı ondan İsrailin hücumlarının qarşısının alınmasına dəstək göstərməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Baş Nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, Livan hökumət başçısı sülhün bərqərar olunması istiqamətində səylərinə görə Pakistan Baş nazirinə təşəkkür edib və Livana qarşı hücumların dərhal dayandırılması üçün dəstək istəyib.
Məlumata görə, Şahbaz Şərif İsrailin Livana qarşı davam edən hərbi əməliyyatlarını qətiyyətlə pisləyib və hadisələr nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı başsağlığı verib.