BAKI, 4 aprel. TELEQRAF
İraqın cənubunda yerləşən Rumeyla neft yatağına PUA hücumu olub.
Teleqraf “Reuters”ə istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb.
PUA-ların intensiv hücumuna məruz qalan neft buruqları ilə zəngin Rumeylada nəhəng neft yataqları mövcuddur.