BAKI, 14 fevral. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian mart ayının sonuna qədər Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə qarşı bütün maneələri aradan qaldıracağına söz verib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
O qeyd edib ki, Tehran və Moskva Fars körfəzi limanlarına çıxışı təmin edəcək Rəşt-Astara dəmir yolu xəttini birgə inşa edirlər.
“İran və Rusiya arasında münasibətlər güclüdür, çoxsaylı müqavilələr bağlanıb və həyata keçirilir. İstədiyiniz dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün mart ayının sonuna qədər bu maneələri aradan qaldıracağıq”, - o deyib.