BAKI, 9 fevral. TELEQRAF

Çeçenistan lideri Ramzan Kadırov oğlu Adamın iştirakı ilə qəzanın baş verməsini təkzib edib.

Teleqraf xəbər verir ki, Kadırov "Telegram" kanalında paylaşdığı videoda qəza ilə bağlı xəbərləri uydurma adlandırıb.

“Süni intellektin köməyi ilə istənilən insanı aldatmaq olar... Kadırovun oğlunun qəzası ilə bağlı birdən-birə ortaya çıxan saxta xəbər dünya informasiya məkanında bir nömrəli xəbərə çevrildi”, - Çeçenistan rəhbəri respublikanın prokuroru Arsan Adayevlə görüşdə bildirib.

Kadırovun sözlərinə görə, saxta xəbərlərlə mübarizə Çeçenistan üçün xüsusilə vacibdir, çünki respublikada baş verənlər barədə yalan məlumatlar həmişə "nədənsə media sahəsində xüsusi həyəcan mənbəyinə çevrilir".

Qeyd edək ki, bu il yanvarın 17-də Adam Kadırovun Qroznıda ağır qəzaya düşməsi və huşsuz vəziyyətdə xəstəxanaya aparılması barədə məlumat yayılmışdı.