BAKI, 9 fevral. TELEQRAF
İran Silahlı Qüvvələri təhlükəsizlik mülahizələri ilə əlaqədar yeni silah və hərbi texnika nümunələrinin bütün kütləvi nümayişlərini ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talayinik bildirib.
"Təhlükəsizlik amillərini nəzərə alaraq, müdafiə sənayesi sahəsindəki nailiyyətlərin ictimaiyyətə təqdim olunmasını müvəqqəti dayandırmışıq",- o qeyd edib.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, nümayişlərin təxirə salınmasına baxmayaraq, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində işlər plan üzrə davam etdirilir:
"İran mikroelektronika, süni intellekt və kibertexnologiyalar sahəsində yeni layihələrin icrasını digər dövlət qurumları ilə koordinasiyalı şəkildə sürətləndirir",- R. Talayinik vurğulayıb.