BAKI, 24 yanvar. TELEQRAF
Britaniyanın "Daily Mail" qəzetinin məlumatına görə, 8-9 yanvar gecəsi İranda azı 16.500 etirazçı həlak olub .
Teleqraf xəbər verir ki, qəzet bu məlumatı İran həkimlərinə istinadən yayıb.
"Hadisə yerində çalışan həkimlərin hesablamalarına görə, ümumilikdə azı 16.500 etirazçı öldürülüb, onların əksəriyyəti 8-9 yanvar gecəsi güllələnib. Onlar mərhum şahın oğlu, sürgündəki vəliəhd şahzadə Rza Pəhləvinin geri qaytarılmasını tələb edərkən öldürülüblər" - məlumatda qeyd olunur.
Nəşr hadisə yerindən görüntülər dərc edib. İran hərbçiləri iddia edir ki, etirazçıları xəstəxanalara aparıblar, onları orada öldürüblər.
İranlı jurnalist Nazənin Ənsari hadisəni "İran Holokostu" adlandırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl iğtişaşlar nəticəsində üç mindən çox insanın öldüyünü bildirmişdi .