BAKI, 24 yanvar. TELEQRAF
Ukrayna məsələsi ilə bağlı Əbu-Dabidə aparılan danışıqların nəticələri iştirakçı dövlətlərin paytaxtlarında səlahiyyətli nümayəndələr tərəfindən açıqlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun ilk iclası yanvarın 23-də Əbu-Dabidə keçirilib. Müzakirə təhlükəsizlik məsələlərinə yönəlib. Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib.
Medianın məlumatına görə, dekabrın 24-də tərəflər müzakirələri davam etdirərək Ukraynada sülhün bərqərar olmasına yönəlmiş müxtəlif sənədləri müzakirə ediblər. Danışıqlar rus və ingilis dillərində aparılıb.