BAKI, 6 dekabr. TELEQRAF
Dünyanın bəzi ölkələrinin minlərlə kilometrə qədər uzanan sərhədləri var.
Teleqraf xəbər verir ki, yeni infoqrafika ölkələr arasında ən uzun quru sərhədlərini göstərir.
“Statista”ya görə, ən uzun sərhəd ABŞ və Kanada arasındadır. İki hissədən ibarət bu sərhədin ümumi uzunluğu 8893 kilometrdir. Uzunluğu 6400 kilometrdən çox olan cənub sərhədi də ayrıca sıralamaya daxildir.
İkinci yeri uzunluğu 7644 kilometr olan Rusiya-Qazaxıstan sərhədi tutur.
Argentina və Çilinin 6416 kilometrlik sərhədi siyahıda üçüncüdür.
Çin və Monqolustan arasındakı sərhədin uzunluğu 4630, Hindistan və Banqladeş arasındakı sərhəd isə 4142 kilometrdir.
Növbəti sıralarda Rusiya ilə sərhədlər dayanır: Rusiya-Çin sərhədinin uzunluğu 4133, Rusiya-Monqolustan sərhədi isə 3452 kilometrdir.
İlk onluğa Boliviya və Braziliya, Hindistan və Pakistan, ABŞ və Meksika arasındakı sərhədlər də daxildir.