BAKI, 16 oktyabr. TELEQRAF

Rusiya dünyada analoqu az olan unikal qaz ehtiyatlarına malikdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi"nin plenar sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya qaz hasilatını yüksək səviyyədə saxlayır, lakin resurs bazasının daim yenilənməsi və çətin çıxarılan yataqların mənimsənilməsi istiqamətində iş aparılmalıdır.

"Bu məqsədlə ilin əvvəlində hökumətə xüsusi proqram hazırlanması tapşırılıb. Sözügedən proqram ölkənin əsas qaz sənayesi mərkəzi hesab edilən Yamalo-Nenets Muxtar Dairəsində həyata keçiriləcək. Proqramın hazırlanması və icrasına vaxtında başlanması vacibdir",- dövlət başçısı qeyd edib.