BAKI, 10 oktyabr. TELEQRAF

Livan parlamentinin deputatı Adib Əbdül Missih “Hizbullah” təşkilatına məxsus tunellərin dağıdılması əvəzinə onların şərab anbarlarına çevrilməsini təklif edib.

Teleqraf xəbər verir ki, deputat bu barədə "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, tunellər “İsrail aviasiyasının hədəfləri olmaq əvəzinə”, ölkənin turizm və iqtisadi inkişafına xidmət edə bilər.

“Bu dəyərli obyektlər şərab zirzəmilərinə çevrilərək gəlir gətirən turistik məkanlara çevrilə bilər”, - deyə siyasətçi bildirib.

Missihin fikrincə, bu yanaşma Livanda şərab istehsalının inkişafına və bu sahənin yenidən dirçəlməsinə təkan verə bilər.