BAKI, 23 iyul. TELEQRAF

Türkiyənin xarici işlər naziri, kəşfiyyat rəhbəri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ukrayna Rusiya arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.

Qeyd olunur ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Baş Qərargah rəisi ordu generalı Metin Gürak iştirak edəcək.

Xatiqladaq ki, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edəcək.