BAKI, 23 iyul. TELEQRAF

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün İstanbula gəlib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

15:06

Ukrayna nümayəndə heyəti danışıqlar üçün Türkiyəyə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko sosial şəbəkələrdə bildirib.

"Ukrayna nümayəndə heyəti artıq Türkiyədədir. Danışıqlar əvvəlcə Ankarada, sonra isə İstanbulda keçiriləcək. Daha sonra İstanbulda Rusiya tərəfi ilə liderlər səviyyəsində görüşə hazırlıq məqsədilə danışıqlar aparılacaq", - o qeyd edib.

***

14:00

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün İstanbula yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Danışıqların 3-cu raundunun bu gün axşam yerli vaxtla 19:00-da başlayacağı bildirilir. Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun başçılıq etdiyi 14 nəfərdən ibarət heyət təmsil edəcək.

Qeyd edək ki, Moskva və Kiyev arasında birbaşa danışıqların ilk iki raundu mayın 16-da və iyunun 2-də İstanbulda baş tutub.

***

12:48

Rusiya nümayəndə heyəti üçüncü raund danışıqlarda iştirak etmək üçün Moskvadan İstanbulə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyinə mənbə məlumat verib.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində axşam saatlarında Ukrayna ilə Rusiya arasındakı danışıqların üçüncü turu keçiriləcək.