BAKI, 11 iyul. TELEQRAF
Rusiya cavab tədbiri olaraq Kalininqraddakı Polşa konsulluğunu bağlayır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu qərar Polşa tərəfindən atılmış əsassız və düşmən xarakterli addımlarla əlaqədardır", – məlumatda bildirilir.
Nazirlikdə Polşanın müvəqqəti işlər vəkilinə, bu ölkənin Baş konsulluğunun fəaliyyətinin dayandırılması ilə bağlı nota təqdim olunub.