BAKI, 28 may. TELEQRAF
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiyanı yeni sanksiyalarla hədələyib.
Teleqraf xəbər verir ki, o, Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirəcəyinmi bildirib.
Onun sözlərinə görə, Avropa bu yolla Ukrayna münaqişəsi ilə bağlı ciddi danışıqlara başlamaq üçün Moskvaya təzyiq göstərməyə ümid edir.
XİN başçısı deyib: "Biz avropalılar sanksiya vintlərini sıxmağa davam edəcəyik və ABŞ Konqresi də sanksiyaları genişləndirməyə hazırdır".