BAKI, 16 may. TELEQRAF

Bu gün İstanbulda İran və "Avropa üçlüyü" (İngiltərə, Fransa və Almaniya) arasında nüvə danışıqları keçiriləcək.

Teleqraf xəbər verir ki, danışıqlar xarici işlər naziri müavinləri səviyyəsində olacaq.

Bu üç ölkə 2015-ci ildə ABŞ-nin da imzaladığı lakin 2018-ci ildə Prezident Donald Trampın tək tərəfli olaraq çıxmasından sonra mübahisələrə səbəb olan nüvə anlaşmasının tərəfləri arasında yer alır.