"Qrup 7" (G7) ölkələrinin, eləcə də Türkiyə və Qətərin nümayəndələri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatdıqdan sonra Kabil hava limanının gələcəyini müzakirə etmək niyyətindədirlər.

Teleqraf.com xəbər verir ki, avqustun 30-da gözlənilən görüşdə Əfqanıstanın gələcəyi ilə bağlı məsələ qaldırılacaq.

Xüsusilə, ABŞ ordusu tərəfindən həyata keçirilən təxliyə əməliyyatın tamamlandıqdan sonra Kabil hava limanının necə faəliyyət göstərəcəyi müzakirə ediləcəyi gözlənilir.