Türkiyənin Van vilayətində iri terror aktının qarşısı alınıb.

Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, polisin əməliyyatı zamanı vilayətin mərkəzi küçələrindən birində partlayıcı qurğu yerləşdirilmiş yük maşını aşkar edilib.

İlkin məlumata əsasən, terakt PKK silahlıları tərəfindən planlaşdırılıb.