BAKI, 17 aprel. TELEQRAF

Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Teleqraf xəbər verir ki, təmsilçimiz finalda gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb.

73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu rəqibini məğlub olaraq gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanıb. O, bunların 4-də çempion olub, birində isə gümüş medal əldə edib.