BAKI, 15 sentyabr. TELEQRAF
Tailandın paytaxtı Banqkokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim olunub.
Bu barədə Teleqraf-a Yapon Döyüş Növləri və Mədəniyyət Assosiasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.