BAKI, 29 avqust. TELEQRAF
Dağıstanlı UFC döyüşçüsü İslam Mahaçevin növbəti rəqibi müəyyənləşib.
Teleqraf təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahaçev yarım orta çəkinin kəmər sahibi avstraliyalı Cek Della Maddalenaya qarşı döyüşəcək.
Qarşılaşma noyabrın 16-da ABŞ-nin Nyu-York şəhərində təşkil olunacaq UFC 322 turnirində baş tutacaq.
Qeyd edək ki, İslam Mahaçev yüngül çəki dərəcəsinin sabiq çempionudur.