BAKI, 11 avqust. TELEQRAF
Azərbaycan Taekvondo Federasiyasında (ATF) yeni təyinat baş tutub.
Teleqraf xəbər verir ki, Aygül Abdullayeva federasiyanın baş katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Aygül Abdullayeva bundan əvvəl ATF-də Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb.