.png)
BAKI, 14 aprel. TELEQRAF
Boks üzrə rusiyalı keçmiş dünya çempionu Ruslan Provodnikov peşəkar karyerasını bərpa etməyi planlaşdırır.
Teleqraf TASS-a istinadən xəbər verir ki, 41 yaşlı idmançı iyunun 7-də Krasnoyarskda boks görüşü keçirəcək.
"Mən azyaşlı deyiləm. Döyüş baş tutacaq, amma bunu ciddi qəbul etmək lazım deyil. Bu, revanş görüşüdür. Rəqibim yaxşı rəqibdir. Publikanı əyləndirmək üçün boks şousu göstərəcəyik", - Provodnikov bildirib.
Qeyd edək ki, Ruslan Provodnikovun aktivində 25 qələbəsi (18-i nokautla) və 5 məğlubiyyəti var. O, son peşəkar döyüşündə 2016-cı ildə ABŞ-dən olan Con Molinaya uduzub.