
BAKI, 12 aprel. TELEQRAF
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev Bakıda keçiriləcək UFC turnirində rinqə çıxacaq.
Teleqraf “Red Fury”yə istinadən xəbər verir ki, 31 yaşlı idmançı çilili İqnasio Baxamondeslə qarşılaşacaq.
Fiziyev karyerası ərzində keçirdiyi 16 döyüşün 12-də, Baxamondes isə 22 görüşün 18-də qələbə qazanan tərəf olub.
Qeyd edək ki, UFC turniri 21 iyunda Bakı Kristal Zalında baş tutacaq.