BAKI, 14 mart. TELEQRAF

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirin 1/4 final mərhələsinin son günündə Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.

Teleqraqf xəbər verir ki, Əli Abdullayev (65 kq) Qerq Şaraza (Macarıstan) qalib gəlib – 5:0 (30:25, 30:25, 30:26, 29:28, 29:28).

O, yarımfinalda Erik Suçi (Çexiya) ilə döyüşəcək.

Qeyd edək ki, finala gedən yolda Tural Sarıyev (50 kq) Peter Lakatosla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartla (Uels) döyüşəcək.