
BAKI, 7 mart. TELEQRAF
ABŞ-nin Las-Veqas şəhərində UFC 313 turnirinin media günü keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə yarışın əsas döyüşünün iştirakçıları azərbaycanlı Rafael Fiziyev və amerikalı Castin Qeycinin "baxış döyüşü" baş tutub.
UFC 313 turniri martın 9-u Bakı vaxtı ilə saat 08:30-da start götürəcək.
Qeyd edək ki, Rafael Fiziyevlə Castin Qeyci ilk dəfə 2023-cü ilin martında qarşılaşıblar. Görüş amerikalının qələbəsi ilə yekunlaşıb.