Kişilər arasında 100 metr məsafəyə brass üzmədə Anton Jeltyakov 1 dəqiqə 03.83 saniyə ilə yarımfinala yüksəlib. Yarımfinalda 8 ən güclü idmançı arasında mübarizə aparan A.Jeltyakov siyahının sonuncu pilləsində yer alıb. O, finişə 1 dəqiqə 03.83 saniyəyə çatıb.
Kişilər arasında 100 metr məsafəyə kəpənək yarışında Murat Ayxan çıxış edib. O, 1 dəqiqə 02.33 saniyə ilə siyahıda 55-ci olub. Eyni növdə çıxış edən İvan Andrianov isə 56.03 saniyə ilə 24-cü olub. 50 metr məsafəyə arxası üstə üzmədə Qriqori Kalminski yarışıb. Təyin edilmiş məsafəni 27.89 saniyəyə üzən Q.Kalminski 42 iştirakçı arasında 36-cı olub.
Qadınlar arasında 50 metr məsafəyə sərbəst üzmədə Anna Mançenkova 29.07 saniyə ilə 58 iştirakçı arasında 56-cı olub. 100 metr məsafəyə arxa üstə üzməkdə isə Yuliya Stisyuk çıxış edib. O, 1 dəqiqə 10.50 saniyə ilə 38-ci yerdə qərarlaşıb.
09:51
Bakı-2015 Avropa Oyunlarında üzgüçülük üzrə yarışların 4-cü günü başlayıb.
Teleqraf.com-un məlumatına görə, bu gün yarışlarda 7 dəst medal oynanılacaq.
Azərbaycanı yarışlarda 5 idmançı təmsil edəcək.