“Bakı 2015” Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gələn Almaniyanın “Sport-1” televiziyasının tanınmış reportyoru Nele Şenker sosial şəbəkədə olan səhifələrində Bakıda və digər yerlərdə çəkilən fotolarını paylaşıb.

Publika.az-ın məlumatına görə, alman jurnalist Azərbaycanda gördüklərindən heyran qaldığını qeyd edib: “Bakı maraqlı şəhər imiş, yeməklərin dadı superdir...”

Nele Şenker sosial şəbəkədə Avropa Oyunlarında iştirak edən Almaniya Milli Komandası üzvlərinin də müxtəlif yarışlardan çəkilmiş fotolarını və videolarını paylaşıb.