
"Rəqibim çox güclü idmançı idi. Onu əvvəldən tanıyırdım. 2013-cü ildə Minskdə keçirilən Avropa çempionatının gümüş mükafatçısıdır. Şükürlər olsun ki, döyüşdə elə də böyük əziyyət çəkmədən onu hər üç raundda tam üstünlüklə məğlub etdim".
Teleqraf.com-un məlumatına görə, bu sözləri 81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Teymur Məmmədov 1/4 finalda hollandiyalı Peter Mullenberqlə görüşdə qazandığı qələbədən sonra deyib.
Ən azı bürünc medalı özünə təmin edən boksçu bununla kifayətlənmək niyyətində olmadığını bildirib: "Yarımfinalda rəqibin kim olması mənim üçün önəmli deyil. Özümü heç kimdən zəif saymıram. Rinqə çıxıb qələbə qazanmalıyam".
Uğur