Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında dağ velosipedi yarışları başa çatıb.

Teleqraf.com-un məlumatına görə, yarışların qalibi isveçrəli idmançı Lukas Flükiger olub.

Gümüş medalı Çexiya nümayəndəsi Ondrye Sink, bürünc medalı isə daha bir isveçrəli idmançı Nino Şurtera qazanıb.

Beləliklə, I Avropa Oyunları çərçivəsində İsveçrə artıq üçüncü qızıl medalını qazanmaqla xal vəziyyətinə görə yeganə liderdir.