Avropa Oyunları ilə bağlı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasiminə həsr olunmuş konsert keçiriləcək.
ANS PRESS-in məlumatına görə, iyunun 13-də baş tutacaq konsertdə polşalı Misxal Klauzanın drijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Solist polşalı tanınmış fortepianoçu Kjistov Yablonski olacaq.