
Avropa və Azərbaycan arasında gərginlik yoxdur və tərəflər arasında dialoq həmişə davam edir.
Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard deyib.
O bildirib ki, Aİ və bütün dünya Bakıda keçiriləcək I Avropa Oyunlarını izləyəcək: “Oyunların başlamasını səbirsizliklə gözləyirik”.