İş adamı Rza Zərrabın Amerikada həbsi Türkiyə və Azərbaycan mətbuatının gündəminə bomba kimi düşdü. Zərrab həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlər vasitəsilə İran sanksiyalarını pozan fəaliyyətdə təqsirləndirilir. İddialara görə, sanksiyaları yan keçmək üçün Türkiyədə fəaliyyət göstərən Royal Holding AŞ şirkəti də istifadə olunub. ABŞ prokuroru deyib ki, sanksiyaları yan keçmək üçün uzun müddət ərzində xüsusi sxemlərdən istifadə olunub: “Rza Zərrab, Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə dünyadakı müxtəlif strukturlar üzərindən pul yuyulması ilə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar rejiminin təsirini zəiflədib və federal cinayətlər törədiblər”.

Ardını oxu...


APA TV-nin “Sirli tarix” layihəsinin üçüncü proqramı türklərin törəyiş inanclarına və bu kontekstdə Bozqurdun yerinə həsr olunub. Proqramın aparıcısı, tarix elmləri namizədi  Kərəm Məmmədli türklərin Bozqurd inancı, dastanlarda fərqli Bozqurd obrazları, inanclarda qurddan törəyişdən hami qurda qədər uzanan transformasiya, “Ergenekondan çıxış,  “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında Bozqurd inancları barədə fikirlərini bölüşür,  Ergenekonun Qafqaz regionunda yerləşməsi, türk xalqlarının Novruz bayramı adı altında əslində  Ergenekondan çıxış bayramını qeyd etməsi barədə  maraqlı iddialar irəli sürür...

Ardını oxu...

Ölkəmizin və iqtisadi gəlirlərimizin əsasını təşkil edən neft və neft məhsullarının qiymətlərinin dünya bazarlarında sürətlə dəyərdən düşməsinin ardınca ölkəmizdə iqtisadi Devalvasiyanın baş verməsi qaçılmaz oldu. Devalvasiyanın baş verməsi nəticəsində ölkənin iqtisadi, sosial və maliyyə sahələrində problemlərinin kəskin şəkildə artmasıyla müşahidə olundu. Ölkənin qarşılaşdığı iqtisadi böhranla bağlı olaraq rəqabətə dayanıqlı olmayan bir sıra bank sektorları öz fəaliyyətlərini durdurmalı oldular. Mərkəzi bank ölkədə iqtisadi böhranla bağlı yaranmış problemlərin həlli istiqamətində hökumətlə müzakirələrə başlamışdır.

Valyuta  böhranı- ölkənin  milli  valyutasının  məzənnəsinin  kəskin  ucuzlaşması və beynəlxalq valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin qorunması üçün istifadəsi fonunda baş verən  böhran valyuta böhranına aid edilir.

Bank böhranı- bank sisteminə olan inamın azalması fonunda fiziki, hüquqi şəxslərin tərəfindən kommersiya banklarında saxladıqları depozitlərin kütləvi şəkildə çıxarılması nəticəsində likvidlik probleminin yaranması ilə müşayiət olunur. Bu zaman dövlət  bank sisteminin vəziyyətinin bir qədər yaxşılaşdırmaq üçün böyük məsrəflər hesabına iri həcmli maliyyə müdaxilələri etmək məcbüriyyətində qalır. Zəruri anda  dövlət  tərəfindən  bank böhranın qarşısının   alınması     üçün tədbirlər görülməzsə, bu, ölkənin maliyyə sistemi  üçün daha ağır fəsadlarla nəticələnə bilər.

Sistem maliyyə böhranı- ödəmə sisteminin fəaliyyətinin hər hansı bir səbəbdən iflic olmasından irəli gələn və maliyyə bazarlarında pozulmalarla xarakterizə olunmasıdır.

Xarici borc böhranı- ölkə xarici borclarını ödəmək iqtidarında olmadığı halda yaranan böhrandır.

2015 ci il Fevralın 20-də manatın dollara qarşı məzənnəsi 0,7862 manat olduğu halda bir gün sonra ölkədə devalvasiyanın yaranması nəticəsində Mərkəzi Bank milli valyutanın kursunu dəyişərək, dollar məzənnəsini 1,05 manat səviyyəsində müəyyənləşdirdi. 2015-ci il 21 dekabrda isə manat üzən məzənnəyə keçdi və 1 amerika dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdı.

Milli valyutanın xarici valyutalara görə devalvasiyasının müsbət tərəfləri nəticəsində kənd təsərrüfatını inkişaf etdirmək, ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaratmaq, eksportu daha qazanclı səviyyəyə qaldırmaq, ölkənin makro-iqtisadi göstəricilərinə müsbət təsir etmək, ölkənin qızıl ehtiyatlarını artırmaq və sairələr mümkündür.

Devalvasiyanın mənfi tərəfləri isə əhalidə ödəniş qabiliyyətini aşağı salır, xaricdən gətirilən malların qiymətləri yüksəlir, vətəndaşların banklardan pullarını geri çəkməsi milli valyutanın dəyərini azaldır və devalvasiya dahada dərinləşir. Yerli məhsulların qiymətləri artdıqca ölkədə inflayasiya faizi daha da artır, pulun dəyəri “ölür”. İnsanlar, müştəri qismində xaotik hərəkətlər edirlər, kiçik və orta biznes çətinləşir, əhalidə olan ödəniş problemləri ticarət dövriyyəsinin daralmasına və daha az məhsul istehlakına gətirib çıxarır. Xırda və orta biznes bu xərclərə dözə bilməyərək siradan çıxır, vətəndaşların banklardan xarici valyuta ilə götürdükləri borcların qaytarılması problem yaradaraq onları kəskin duruma düşürür və sairə.

Ölkədə iri fabrik və zavodların olmaması, böyük işsizlik ordusunun yaranması, xalq və kənd təsərrüfatının inkişaf etdirilməməsi, fermer təsərrüfatlarına dövlət dəstəyinin layiqincə olmaması, orta və kiçik biznesin fəaliyyətlərinə ögey münasibət, maşınqayirma və gəmiçilik müəssisələrinin bağlanması, bir sözlə daxili istehsalat gücünün artırılmaması və digər səbəblərdən dolayı ölkəmizin iqtisadi inkişafının qarşısı alınmışdır. Hakimiyyət milli pul vahidimiz manatın uzun illər Amerikan dolları qarşılığında məzənnəsinin sabitliyini  real yollarla deyil, əksinə süni qaydalarla qoruyub saxlamağa üstünlük vermişdir.

 

Neft strategiyasının inkişafı adı altında avtoritar hakimiyyətin apardığı səriştəsiz siyasəti ölkəmizin əsas iqtisadiyyatını neft və neft məhsullarının xarici ölkələrə satışından əldə edilən gəlirlərdən asılı vəziyyətə salmışdır. Neftin dünya bazarlarında satışının hər zaman sabit dəyərdə qalmaması, rəqabətə davamsızlığının mahiyyətini bilərəkdən, məhz sırf onun gəlirlərinə söykənən hakimiyyət və onun mərkəzi icra orqanları ölkə iqtisadiyyatının əsaslarını bu müstəvidə quraraq yönətmələri ən azı ağılsızlıq və cinayyət əməli sayılır.

Ölkəmizin əsas iqtisadi qaynaqları olan təbii neft və qaz məhsullarının istehsalı, onların xarici bazarlara ixrac edilməsindən əldə olunan milyardlarla gəlirlərin dövlət büdcəsinə daxil olmasına baxmayaraq, həmən gəlirlər ölkədə qeyri neft sektorlarının inkişaf etdirilməsinə, iqtisadiyyatımızın dirçəlməsi və yenilənməsi istiqamətinə qətiyyən yönəıldilməmişdir. Neftin satışından dövlətin büdcəcinə daxil olan pulların əksər hissəsi hakimiyyət və onun idarə etmə orqanları tərəfindən əl qoyularaq  mənimsənilmişdir.

Hakimiyyət və onun administrasiyası, mərkəzi və yerli icra orqanlarının səlahiyyətli nümayyəndələri ölkənin, dövlətçiliyin, xalqın iqtisadi, sosial, siyasi, strateji və digər marağlarını qoruyub müdafiə etmək əvəzinə özlərinin, yaxınlarının şəxsi mənafe və marağlarını dahada üstün tutmuşlar. Bütün bunlar dövlətçilik ənənələrinə və qanunlarına qarşı çıxmaqla yanaşı, həm də ölkədə iqtisadi və siyasi xaosun yaranmasına gətirib şıxarmışdır. Ölkə korrupsiya və rüşvətxorluq bataqlığına sürüklənmişdir.

Korrupsiya, rüşvətxorluq, talançılıq əməllərini törədənlər başda hakimiyyət olmaqla onun nazirlikləri, parlament üzvləri, mərkəzi, yerli idarə orqanları, polis, prokurorluq, məhkəmə, icra nümayyəndələri və digər dövlət məmurları bu iyrənc və qeyri qanuni əməllərə bulaşmışlar. Bütün bu neqativ əməllərin köklü şəkildə vüsət alması cəmiyyətin digər sahələrinə də öz mənfi təsirini göstərmişdir. Hakimiyyət xalqın mənafe və marağlarının həlli istiqamətində bacarıqsız siyasət yürüdərək ölkəmizi iqtisadi böhrana sürükləmişdir.

Uzun illər ölkədə demokratik prezident, parlament, bələdiyyə seçkiləri keçirilməmiş, xalqın haqq və hüquqları tapdalanmış, insanların azad və sərbəst fikir ifadə etmək azadlığı əllərindən alınmış, etiraz hüquqları yasaqlanmışdır. Ölkədə baş verən neqativ əməllərə qarşı çıxan xalq kütləsinin etirazları, eləcə də müxalifət partiyalarının təşkil etdikləri etiraz mitinqləri, aksiyaları polis dəyənəyi və digər təziq vasitələriylə dağıdılmış, etirazçılar döyülərək işkəncələrə məruz qoyulmuş, polis tərəfindən əksər etirazçıların ciblərinə narkotik maddələr qoyularaq cinayyət məsuliyyətinə cəlb edilmişlər. Onlar susdurularaq ədalətsiz və hakimiyyətdən asılı məhkəmələr tərəfindən qeyri qanuni qaydalarla həbs etdirilmişlər.

Ölkədə tüğyan edən korrupsiya, rüşvətxorluq əməlləri özünü təhsildə, tibbidə, hərbi və digər strateji sahələrdə, mədəniyyətdə, idmanda, yol və nəqliyyat sistemlərində, onların təhcizatında, sosial müdafiyədə və yüzlərlə digər dövlət müəsisələrində çox böyük miqdarda maliyyə yeyintilərinə və dağıntılara səbəb olmuş, ölkəni iflic vəziyyətinə salmışdır. Xalqın maddi və iqtisadi durumu acınacaqlı vəziyyətə düşmüşdür.

Hökumətlə çox yaxın əlaqələri olan iri biznes və iş adamları, oliqarxlar, hökumətin içində xüsusi vəzifə və səlahiyyətlərə sahib olan bir çox nazirlər və məmurlar, monopoliya sahibləri, dövlətin gömrük və vergi orqanlarında çalışan sayısız, hesabsız işbazlar ölkəyə idxal etdikləri kənd təsərrüfatı, sənaye, ərzaq və digər malların qiymətlərini iki, üç qat, bəzən beş qat süni qaydada artırmışlar. Bütün bu neqativ hallar xalqın böyük etirazına və narazılığına səbəb olmaqla yanaşı həm də ölkənin daxili ticarət dövriyyəsinin azalmasına, iqtisadi infilyasiya və devalvasiyaya sürükləmişdir.

İqtisadçı-ekspert Qubad İbadoğlu öz Facebook səhifəsində açıqladığı araşdırmasında 2015-ci ildə təkcə Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana 1.6 milyard dollar məbləğində idxalın gömrükdə qeydiyyata alınmadığıni iddia edir və bunu güzgü statistikası metodologiyası ilə əsaslandırır. Beynəlxalq ticarət statistik bazasının informasiyasına əsasən Rusiya, Türkiyə, Gürcüstanın Azərbaycana ixracat məlumatlarını toplamaq mümkündür. İqtisadçı adıçəkilən mənbələrin statistik bilgilərini Dövlət Gömrük Komitəsinin uyğun göstəriciləri ilə müqayisə edib.

Müqayisənin nəticələri göstərir ki, 2015-ci ildə Rusiya Azərbaycana 2 milyard 243 milyon 135 min dollarlıq mal göndərib. Gömrük Komitəsinin rəsmi bilgilərində isə Rusiyadan 1 milyard 437 milyon 901 min dollarlıq mal daxil olduğu bildirilir. Azərbaycana Türkiyədən 1 milyard 899 milyon 508 min dollarlıq mal göndərildiyi halda, 1 milyard 171 milyon 385 min dollarlıq mal rəsmiləşdirilib.

Gürcüstandan göndərilən malların dəyəri 124 milyon 160 min dollar olsa da, Gömrük Komitəsinin bilgilərində bu məbləğ 67 milyon 992 min dollar göstərilir. İqtisadçının qənaətinə görə, Azərbaycanın idxal əməliyyatlarının 3 ölkə üzrə gömrük statistikasının təhlili göstərir ki, 2015-ci ildə bu ölkələr üzrə bütövlükdə fərq 1 milyard 589 milyon 625 min dollardır.

Ölkədə yaranmış mövcud vəziyyəti Meydan TV-yə şərh edən iqtidisadçı Natiq Cəfərli hesab edir ki,  problem borcların sürətlə artması və hökumətin borclanma yollarını axtarmasıdır. İqtisadçı deyib ki, bu yaxınlara qədər prezident başda olmaqla rəsmilər dövlət borcunun ümum daxili məhsulun (ÜDM) cəmi 8-9 faizini təşkil etdiyini iddia edirdilər. Rəsmi etirafın müsbət cəhəti rəqəmlərdə anlaşılmanın olmasıdır. Maliyyə Nazirliyinin məlumatında dövlətin aldığı borclardan söhbət gedir. Dünya praktikasında isə ölkələrin borcu konsolidə olunmuş borc şəklində hesablanır. Yəni həm dövlət borcları, dövlət zəmanətiylə alınmış borcları və kommersiya qurumlarının müxtəlif kanallarla cəlb etdiyi borclar.

Dövlət təminatıyla borclar rəsmi göstəriləndən daha çoxdur. Bura SOCAR, AZENERYİ və digərlərinin cəlb etdiyi vəsait daxildir, açıqlamalara görə rəqəm 8 milyarddan çoxdur. Dövlət borcu 6,9 milyard olduğu halda, dövlət zəmanətiylə qəbul olunmuş borclar 8 milyarddan çoxdur. Bundan əlavə Beynəlxalq Bank və və digər bankların 5,7 milyard dollar borcu var. Ancaq bunun nə qədəri Beynəlxalq Banka aid olduğu barədə açıqlama verilmir. Bütün bunları toplayanda Azərbaycanın 20 milyarda yaxın borcu olduğu aydınlaşır. Bu isə ümum daxili məhsulun (ÜDM) təxminən 60 faizini təşkil edir, bu Azərbaycan üçün çox yüksək rəqəmdir.

"Çox maraqlı məqam ondan ibarətdir ki, borcların təxminən 58 faizi 10 ilə qədər ödənməlidir. Amma hansı qrafiklə ödəniləcəyi açıqlanmır. 10 ildən 20 ilə qədər ödənilən borclar isə 33 faiz təşkil edir. Deməli, yaxın 10-20 ildə Azərbaycan borc ödəyəcək və bundan sonra qurulan hökumətlər də borc qaytarmalı olacaqlar. İqtisadçı Natiq Cəfərli bildirmişdir ki, indiki iqtisadi modeldə Azərbaycanın gəlirlərinin aşağı düşməsi və neftdən asılılığı nəzərə alaraq borcların artması təhlükəlidir və əlavə problemlərin yaranması deməkdir".

Xarici borcların həcmində artımların olmasını müsbət hesab etməyən iqtisadçı Vüqar Bayramov hesab edir ki, Azərbaycanın dövlət gəlirlərinin artdığı zamanda xarici borclara heç də ciddi ehtiyac yoxdur. Kredit müqavilələrinin kifayət qədər böyük infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə imzalandığını qeyd edən mütəxəssisin sözlərinə görə, bəzən bir sektor üçün il ərzində müxtəlif maliyyə qurumlarından vəsaitlər alınır: “Lakin həmin sektorda problemlər aradan qaldırılmır. Vəsaitlərə ehtiyac az olsa da, təəssüf ki, bir sıra qurumlar borclanmada maraqlı görünürlər. Məsələ ondadır ki, cəlb edilən xarici kreditlərin böyük əksəriyyətinin qaytarılma vaxtı 2018-ci ildən sonra başlayır. Həmin dövrdə borcların qaytarılması üçün büdcədən pul ayrılması problematik olacaq. Azərbaycanda dövlət gəlirlərinin əhəmiyyətli hissəsini neft və qaz gəlirləri təşkil edir. Halbuki bir neçə ildən sonra neft və qazın dünya bazar qiymətini proqnozlaşdırmaq mümkün deyil”.

01 yanvar 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,894.3 milyon ABŞ dolları 10,751.0 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir. Borc vəsaitlərinin 58.6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

01 yanvar 2016-cı il tarixi vəziyyətinə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8.8 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.3 faiz, avro – 20.4 faiz, yapon yeni – 2.5 faiz, BƏƏ dirhəmi – 0.8 faiz, İslam dinarı – 0.6 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə üçün nəzərdə tutulmuşdur.

İqbal Eyvazov

 


27 fevral tarixində Rusiyanın nüfuzlu müxalifət lideri Boris Nemtsovun öldürülməsinin bir ili tamam oldu. Onun öldürülməsi Rusiya siyasi dairələrini iki həftə ərzində gərgin vəziyyətdə saxlamışdı. Bu hadisə Kremlin daxilində gizli şəkildə gedən amansız rəqabəti çılpaq şəkildə ortaya qoyaraq, prezident Vladimir Putinin vəziyyəti nəzarətdə saxlaya bilmək bacarığını şübhə altına salmışdı. Baş verən hadisə təkcə müxalifət liderinin öldürülməsi məsələsi deyildi. Bu, hətta fraksiyalar arası rəqabət çərçivəsindən də kənara çıxaraq, əsl həqiqətdə Rusiyanın gələcəyinə kimin nəzarət hüququ əldə etməsi uğrunda mübarizə deməkdi.

Bütün bunların hamısı 1920-ci illərin əvvəlində Sovet İttifaqının inkişaf trayektoriyasının müəyyənləşdirilməsi məsələsində hakmiyyət dəyişikliyi ilə yekunlaşan dövrü xatırladır.

- ANALİZ

Kreml elitasının nümayəndələri arasında gedən mübarizə, Kremlin özü kimi köhnədir. Kreml sözü hərfi mənada “şəhər içərisində qala” deməkdir. Bəli, bu söz hökumətin düz ürəyinin başında, elita nümayəndələri arasında hakimiyyət uğrunda qaranlıq mübarizəni təsvir etmək üçün lap yerinə düşən bənzətmədir. Son 10 il ərzində Putin hökuməti dörd düşərgəyə ayrılıb: güclü Federal Təhlükəsizlik Xidməti, liberal islahatçılar, mühafizəkarlar və şəxsən Putinə sadiq olanlar.

Sadalanan klanlar hakimiyyət uğrunda daima mübarizə aparırlar, Putin isə münsif rolunda çıxış edir. Hal-hazırda onların arasında balans yaranıb: heç bir klan yuxarı hakimiyyəti devirə bilmir. Amma Rusiyanın tarixi göstərir ki, hər şey anidən dəyişə bilər. Son bir neçə il vəziyyət kifayət qədər dayanıqlı idi, lakin FTX gücünü zaman-zaman digər klanlara və hətta, bəzi hallarda Putinin özünə də göstərməyə cəhd edib.

- UKRAYNA MƏSƏLƏSİ

Nemtsovun öldürülməsi, öz başlanğıcını onun 2014-cü ildə Avromaydandakı çıxışlarından götürür. Ümumi yekunda kütləvi etirazların rusiyapərəst Ukrayna hökumətinin devrilməsinə gətirib çıxarması, Moskvanı qəfildən yaxaladı. Rusiyanın əlində olan mexanizmlər, hakimiyyətin dəyişdirilməsinin qarşısının alınmasında birdən-birə işə yaramaz hala düşdü və yalnız ölkənin şərqindəki kiçik bir rayon yeni Ukrayna hökumətinə etiraz bildirdi. Kreml insayderlərinin nöqteyi-nəzərinə görə, belə bir uğursuzluğun günahı bütövlükdə FTX-nin üzərinə düşür. Çünki Ukraynanın daxilindəki kəşfiyyat-əməliyyat fəaliyyətinə məhz FTX cavabdeh idi. Nəticədə, FTX Ukrayna məsələsində aparıcı mövqeyini bir müddət itirdi. Bundan başqa bəzi şayiələrə görə, Ukraynada baş verən fiaskodan sonra hətta Putin bu təşkilatın içərisində yeni struktur dəyişikliyi həyata keçirib.

Bütün bunlar FTX–ni hədsiz mürəkkəb vəziyyətə salmışdı ki, nəticədə onlar, müəyyən tədbirlər görərək, təhlükəsizliyə cavabdeh olan bir çox qurumları ələ keçirərək, müxtəlif hakimiyyət orqanlarındakı təsir imkanlarını genişləndirmək məcburiyyətində qaldılar. 2014-cü ilin sonunda Putinin FTX-yə nəzarət etməsi şübhə altında idi. Onun hərəkətləri qəribə xarakter almağa başlamışdı: Putin mühüm mətbuat konfranslarında görünmür, öz ad gününü təkbaşına Sibir meşələrində keçirirdi. Putinin etibarlı tərəfdarlarından olan Ramzan Kadırov, öz lideri ətrafında ğeniş kampaniya təşkil edərək, onun müdafiəsi üçün çağırışlar yağdırmağa başlamışdı. Çeçen lider, hətta Putinin müdafiəsi üçün 20 min nəfərlik ordu yığaraq, onların Ukraynaya göndərilməsini təklif edirdi.
Putinin tərəfdarları ilə FTX arasında baş verən toqquşma 2015-ci ilin əvvəlindən güclənib və Kremldə yaşanan iki həftəlik qarmaqarışıqlıq isə, bunun kulminasiya nöqtəsi olub. Nemtsovun öldürülməsi bütün baş verənlərin, yalnız bir hissəsinə aid edilməlidir. Qısa müddətdən sonra, müxalifətçinin öldürülməsinə görə, hakimiyyət Kadırovla əlaqəsi olan bir neçə çeçeni həbs etdi, Putin isə Qazaxıstana nəzərdə tutulan səfərə getməyərək, 10 gün ərzində ictimaiyyətin gözündən itdi. Rusiya KİV-ləri təlaşa düşərək, dövlət başçısının yoxa çıxmasının səbəbini, xəstəlikdən tutmuş, onun devrilməsinə qədər, axtarmağa başladı.

Hakimiyyət uğrundakı bu mübarizə Ukraynadakı qarşıdurmanı daha da dərinləşdirib. 2014-cü ilin sonundakı iqtisadi tənəzzül, vəziyyəti bir qədər də pisləşdirərək, onu Putin üçün “ideal fırtına”ya çevirib. Bu gün Kreml elitası arasındakı bölünmə, Ukrayna böhranı nəticəsində yaranan həmin xətt üzərindən keçir. Elitanın nümayəndələri hakimiyyət başında kimin olması və Rusiyadakı müxtəlif böhranların öhdəsindən kimin gələ biləcəyi məsələsində mübahisəni davam etdirirlər. Putin isə hələdə bu amansız mübahisələri yoluna qoymağa cəhd göstərir.

- Stalinizm dövrünün meydana gəlməsi ilə paralellər aparmaq

Kremldə hazırki vəziyyətin 1924-cü ildə Leninin ölümü ilə yekunlaşmış və yeni lider kimi Stalinin hakimiyyətə gəlməsi ilə başlayan dövrlə bir sıra oxşar xüsusiyyətləri var. Lenin, Birinci Dünya Müharibəsi zamanı Rusiyada baş verən bolşevik inqilabı nəticəsində hakimiyyətə gəlmişdi.

1920-ci illərin əvvəlində bolşeviklər hakimiyyəti möhkəmləndirərkən, ölkədəki aclıq və dağılmış iqtisadiyyatın problemləri ilə qarşılaşmışdılar. Lenin ölkəni, müəyyən dərəcədə indiki Kreml klanına oxşar qruplar vasitəsilə idarə edirdi. “Qırmızılar” ilə “Ağlar” arasında müharibə qurtaran kimi, hakimiyyətdə olanlar müxtəlif iqtisadi aktivlər üzərində nəzarəti ələ keçirməyə cəhd göstərirdilər. Əsl həqiqətdə isə Lenin amansız iqtisadi və siyasi mərkəzləşdirmə prosesinə hələ 1918-ci ildə başlamışdı.

Rusiyada vətəndaş müharibəsi qurtaran kimi və sovet sistemi formalşdıqdan sonra, Kremlin daxilində köhnə sistemin yerinə hansı iqtisadi sistemin gəlməsi məsələsində dərin çat əmələ gəldi. Rusiya hakimiyyətinin nəzarətində olan region, uzun sürən müharibə və aclıq nəticəsində dağılmış vəziyyətdə idi. Kreml digər böyük ölkələrin səviyyəsinə çatmalıydı. Lakin bolşeviklər Rusiyanın sənaye sektorunu tezliklə necə modernləşdirilməsi yollarını bilmirdilər.
Bu günkü vəziyyətlə oxşar olan məsələ, ölkənin mərkəzləşdirilməsini istəyənlər ilə liberal iqtisadiyyat tərəfdarları arasında yaranan fikir ayrılıqlarından ibarət idi. Lenin daha açıq iqtisadi sitemin yaradılmasına meyl göstərirdi. O, xəbərdarlıqla bildirirdi ki, Rusiyanın korrupsiyalaşmış mənfur bürokratik bataqlığın içərisinə soxulma təhlükəsi var. Kreml elitası sıralarında Rusiyanın qonşu ölkələrlə əlaqədar siyasətində yekdillik yoxdu və belə bir hal bugünkü vəziyyətlə oxşarlıq təşkil edir.

Rusiyanın öz sərhədlərindən kənar əraziləri nəzarət altına salmağa cəhd etməsi, Ukrayna siyasəti ətrafında bitmək bilməyən mübahisənin əsas səbəbidir. Son iki ildə Putin və FSB–yə daxil olmayan təhlükəsizlik xidmətinin konservativ elitasının əksər nümayəndələri Stalinin Novorossiya (Yeni Rusiya) konsepsiyasına uyğun gələn konsepsiya haqqında fikirlər irəli sürürlər. Novorossiya Ukraynanın cənubunu, müasir Dnestryanını və Donbası əhatə edən ərazilərdir. Kremlin ultra-mühafizəkarları bütün Novorossiya ərazisini zəbt etmək istəyirdilər, lakin Putin daha mötədil taktika seçərək, Krımı ilhaq etmək qərarına gəldi. İndi Kreml Ukraynanın şərqində donmuş münaqişə ocağı yaradıb.

Kremlin əksər nümayəndələri hələ indiyədək də Ukraynaya qarşı geniş miqyaslı hərbi müdaxiləyə başlamağın vacibliyinə Putini inandırmağa çalışırlar. Ancaq Kremldəki liberal dairələr Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsi üçün Ukraynadakı bütün hərbi əməliyatlardan əl götürməyə çağırışlar səsləndirməyə başlayıblar.

1920-ci ildə elita içərisindəki müxtəlif qruplar öz mövqelərini möhkəmləndirməyə cəhd edirdilər. Leninin səhəti pisləşən kimi, o, Stalini tamamilə yararsız sələf adlandıraraq, həm Kremldəki dairələrin nümayəndələri ilə söhbətində, həm də Rusiyanın gələcək inkişafı ilə bağlı baxışlarını qələmə aldığı şəxsi yazılarında onu tənqid etməyə başladı. Lakin Stalin artıq Leninin arxasından onun tərəfdarları ilə danışıqlar aparırdı və istəyirdi ki, onun xəstəliyini bəhanə gətirərək, Lenini qərar vermək prosesindən uzaqlaşdırsın. Leninin ömrünün axırına yaxın vaxtlarda Stalinin ətrafındakı adamlarda əfsanəvi inqilabçıya qarşı çıxmaq məsələsində dilemma yaranmışdı. Mövqelərdəki bu tərəddüdlər Leninin ölümünə və Stalinin hakimiyyətə gəlməsinə qədər davam etmişdi.

 Kreml klanları arasındakı bugünkü daxili mübarizə 1920-ci ildə Stalinin ətrafında gedən mübarizəni xatırladır. Uzun müddət ərzində Putin Kreml daxilində birləşdirici qüvvə olub. O, müxtəlif klanlar arasındakı mübahisələrin həll olunması məsələsində xüsusi rol oynayıb. Lakin belə görünür ki, bu gün onun təcrid edilməsi getdikcə artır. Son illərdə Putin özünü ən inanılmış tərəfdaşlarla əhatə edərək, FSB kimi güclərlə arasında müəyyən məsafə saxlayıb. Kreml klanlarının Putinə qarşı çıxmasını əngəlləyən başlıca amil, onun rusiyalılar arasında qeyri-adi populyarlığına bağlıdır. Rusiyanın çoxsaylı problemlərinə baxmayaraq, Putin, elitanın ən azından hələ ki, öz xalqı ilə danışmağı bacaran yeganə nümayəndəsi olaraq qalır.

İndiki vəziyyətin 1920-ci illərdəkinə bənzəməsi, heç də Rusiyada daha bir Stalinin peyda olması anlamına gəlmir. Amma hazırda Kreml bölünmə dövrünü yaşayır və Rusiyada strategiyanın hazırlanması ilə kimin məşğul olduğunu dəqiq söyləmək mümkün deyil. 15 il ərzində Putin Sovet İttifaqının dağılmasından və Boris Yeltsinin idarəetməsindən sonra Rusiyanın dirçəlməsinə imkan verən sistem tətbiq etmişdi. Elə bu cür funksiyanı vətəndaş müharibəsindən, imperiyanın çökməsindən və inqilabdan sonrakı dövrdə bolşeviklər də həyata keçirmişdi.

Ancaq buna baxmayaraq, sistemdəki çatlar daha aydın görünür və belə bir hal, Putinin irəlidə də rejimin monolitliyini saxlaya biləcəyini şübhə altına alır. Hazırda Rusiya həm öz şərhədləri boyunca, həm ölkə daxilində, həm də Kremlin özündə qeyri-müəyyənlik dövrünü yaşayır.

(Stratfor-ABŞ)

Azpolitika.info

Xəbər lenti