|
Bu ilin əvvəlindən Afrikanın beş ölkəsində 70-ə yaxın insan meymunçiçəyi xəstəliyindən vəfat edib və virusun yayıldığı qeyri-endemik ştatlarda ölüm halı qeydə alınmayıb.
APA “RİA Novosti“yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının çiçək xəstəliyi katibliyinin rəhbəri Rozamund Luis deyib.
O bildirib ki, may ayından başlayan və bir çox ölkədə yayılan epidemiya nəticəsində ölümlə bağlı isə heç bir məlumat yoxdur.
"Bununla belə, ÜST 50 ildir ki, Afrika ölkələrində meymunçiçəyi adlı xəstəliyi izləyir və ölüm halları hər il baş verir" - deyə o qeyd edib.