Türkiyə, Qətərin Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə mübahisəsini bölgədə tarixi bir fürsət qazanmaq üçün istismar etməyə çalışır. Onun regional güc arzusu iqtisadiyyatının zəifliyinə görə əldə edilə bilməyən böyük maliyyə imkanları və bir çox böhranlar, xüsusilə də ABŞ-la gərginlik ucbatından xam xəyaldır. Beləliklə, Türkiyə prezidenti Ərdoğan Qətər və Rusiya ilə əlaqələrini Ankaranın maliyyə problemləri üçün həlledici hesab edir.

Ardını oxu...



Azərbaycanın ilk və ən məşhur modalar evindən biri heç də yaxşı günlərini yaşamır. Ona görə yox ki, onun çoxsaylı beynəlxalq baxışların, tədbirlərin iştirakçısı və mükafatçısı olan modelyerləri yaradıcılıq uğursuzluğuna düçar olub. Yox, Leyla Əhmədovanın əsasını qoyduğu və sahibi olduğu adlı-sanlı salonun kreativ ideyaları əvvəllər olduğu kimi yenə də çoxdur. Sadəcə, nəzərdə tutulanların həyata keçirilməsinə və yeni kolleksiyaların Bakının və dünya ölkələrinin digər paytaxtlarındakı moda həvəskərlarına nümayiş etdirilməsinə onun icarəyə götürdüyü obyektin sahibi ilə yorucu çəkişmə mane olur.

Ardını oxu...


2016-cı ilin Dövlət büdcəsi haqqında qanuna əsasən, bu il 1,775 milyard manat vəsait büdcədən dövlət borcu və öhdəlikləri üçün ayrılacaq. Bu isə 1 milyard 150 milyon dollar vəsait deməkdir. Kommersiya banklarının da cəlb etdiyi vəsaitlərin strukturunda xarici öhədliklərin payının az olmadığını nəzərə aldıqda dollara son həftələr artan tələbin səbəblərini izah etmək heç də çətin deyil.

Ardını oxu...


Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrı-ayrılıqda görüş keçirəndən sonra elan etdilər ki, hər iki tərəf prezidentlərin Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli danışıqlara başlamaq üçün iyun ayında görüşmək niyyətini təsdiqləyib. Prezidentlərin iyun ayında yenidən görüşməsinə dair razılaşma Vyanada mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş, 4 günlük müharibədən sonra tərəflərin ilk dəfə masa arxasına keçdikləri 3+2 formatında görüşdə əldə edilmişdi.

Ardını oxu...

Xəbər lenti