|
Rusiya ilə Türkmənistan arasında qaz əməkdaşlığının dayandırılmasının siyasi səbəbləri var.
2015-ci ilin başa çatmasına saylı günlər qalır. Sözsüz, dünya çox ağır bir il yaşadı. Olduqca mürəkkəb geosiyasi və geoiqtisadi proseslər müşahidə olundu, dünya güclərinin nüfuz savaşı kifayət qədər sərt şəkil aldı... Mənzərə tam çılpaqlığı ilə göz önündə olduğundan ilin yekunları barədə danışmaq, müəyyən dəyərləndirmələr aparmaq o qədər də çətin deyil. Lakin bununla belə, müşahidə etdiyimiz proseslərin haradan və nədən qaynaqlandığını oxuculara daha aydın şəkildə izah etmək zərurətindən çıxış edərək 2015-ci ilin “üzərində” müəyyən gəzişmələr aparıb hadisələrin mahiyyətini bir qədər qabarıq şəkildə ortaya qoymaq niyyətindəyik.
Qərbin nəcib yuxarı sinif, Şərqin isə zəif birinci sinif şagirdlərini qorxudan dalaşqan Vovanın burnunun üstündən möhkəmcə vurublar. Türkiyə Motsartın “Türk marşı” sonatasının 3-cü hissəsini ifa etməyə başlayanda, qorxaqlar – indi vuruşmağa başlayacaqlar – deyərək, tez qaçıb stolun altına girdilər. Buna baxmayaraq, Vova quyruğunu qısaraq, dustaqxanadakı əsl zərərçəkən kimi ortalığa düşüb şivən qoparmağa başladı. Bəs, Obama, NATO, BMT hara baxır?
1996-cı ildən bu yana İraqın şimalında hərbi varlığını davam etdirən Türkiyə Bağdadın ultimatumlarına baxmayaraq, əsgərlərini 2017-ci ilin iyun ayına kimi Mosuldan çıxarmayacaq.
“Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik hələ ki səngimir, əksinə, artır. Putinin “Türkiyə təkcə pomidorlarla canını qurtara bilməyəcək” bəyanatının nə mənaya gəldiyini tədricən müşahidə edirik. Rusiya diplomatik və hərbi müstəvilərdə aktiv həmlələrlə Türkiyəni basqı altına almağa çalışır”.
1 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri xəbardarlıqla çıxış edərək bildiriblər ki, Avropanın sahil xəttinin yaxınlığında yerləşən Liviya İŞİD-in əsas istinad nöqtəsinə çevrilir.
Bir neçə gündür ki, “Günəşli” platformasında baş verən yanğının səbəb olduğu insan faciəsi ilə əlaqədar hadisə şahidlərinin və ekspertlərin dilindən müxtəlif iddialar irəli sürülməkdədir.
Son illər Rusiya hakimiyyət nümayəndələri bu ölkənin böyük Avrasiya dövləti olması haqqında danışmaqdan yorulmurlar. Amma buna baxmayaraq, avrasiyaçılıq məsələsində ruslar inhisar sahibi deyillər. Çünki onlar ənənəvi olaraq, bu istiqamətdə güclü ambisiyaya malik indiki Türkiyə rəhbərliyi ilə rəqabət aparırlar. Təəccüblü deyil ki, Moskva ilə Ankara arasında yaşanan indiki münaqişə bütün Avrasiya dünyasını parçalaya bilər. (Deutsche Welle)
Rusiya tərəfindən həyata keçirilən anti-türk sanksiyalarından sonra, Orta Asiyanın postsovet respublikalarının rəhbərləri, o cümlədən Azərbaycan hakimiyyəti, kimin tərəfində olduqlarını müəyyənləşdirməlidir. O ki qaldı Tatarıstan və Başqırdıstana, onların elə də böyük seçim imkanları yoxdur. Artıq Moskva onlara əmr edib ki, mənzil qərargahı Ankarada yerləşən “Türksoy” beynəlxalq türk mədəniyyəti təşkilatındakı əlaqələrini təcili surərtə dayandırsınlar.
- Moskva Türkiyənin təsirindən ehtiyat edib
1990-cı illərdə Rusiya hakimiyyəti türk təsirindən ehtiyat edirdi. Onlar pantürkizm ideyasını yaddan çıxarmamışdılar. Rəcəb Tayyib Ərdoğan isə hələ hakimiyyətə gəlməmişdi və onun rəhbərliyi altındakı mötədil islamçılar hələ Rusiyanın daxili siyasətinə müdaxilə etməmişdilər. Rusiya xüsusi xidmət orqanları Türkiyə hakimiyyəti tərəfindən Rusiyadakı türk dilli Başqırdıstan, Tatarıstan və həmçinin bir sıra Şimali Qafqaz xalqlarının (karaçaylar, balkarlar və s) mədəni və dini istiqamətdəki tədbirlərinin maliyyələşdirilməsinə şübhə ilə yanaşırdılar. Moskvada rəsmi Ankaranın Orta Asiya respublikaları – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan ilə daha sıx əlaqələr qurmasına əsəbi reaksiya göstərirdilər. Azərbaycan ilə Türkiyənin “iki dövlət-bir millət” prinsipinə dayanan strateji əməkdaşlığından isə hələ danışmırıq.
Lakin hətta mədəni və siyasi cəhətdən Rusiyanın öz türk dilli qonşularına bu günkündən daha böyük təsir göstərmək imkanına malik olduğu vaxtlarda belə, Moskva onlara kimin tərəfində dayanmaq məsələsində təzyiq etməyə risk etmirdi. Postsovet məkanının cənubundakı türk dünyası ilə rus dünyası bir-birlərinə cakitcə uyğunlaşıb yaşayırdılar.
- Özününkünü döy ki, düşmən də qorxsun…
İndi isə vəziyyət dəyişib. Suriya sərhədində Rusiyanın “Su-24” təyyarəsi məhv edildikdən sonra Kreml Türkiyəyə qarşı sanksiya tətbiq etməyi qərara aldı. Düzdür, hələlik burada ciddi iqtisadi müharibədən söhbət getmir. Hələki sanksiyalar Türkiyəyə rus qazının, müxtəlif növ metalların və digər xammal məhsullarının nəql edilməsi məsələsinə toxunmur.
Moskvanın Türkiyədən gətirilən meyvə və tərəvəzə qarşı qismən qadağa qoyması, əsas etibarilə Rusiya vətəndaşlarına zərbə vuracaq. Ümumiyyətlə isə tətbiq edilən sanksiyalar yalnız insanlara yönəlmiş tədbirlərdir. Məsələn, bir tərəfli formada vizasız rejimin ləğv olunması və əksər türk vətəndaşlarının Rusiyada işləməsinə qadağa qoyulması buna bariz misaldır.
Bütün bunlarla yanaşı Moskva “öz” türklərinə Türkiyənin rəsmi və qeyri-rəsmi şəxləri ilə münasibət qurmağı açıq şəkildə yasaqlayır. Kremlin istəyinə görə, onlar türk mədəni birliyinı unutmalı və Rusiya özünəməxsusluğunun xeyrinə seçim etməlidirlər.Ancaq Tatarıstan və Başqırdıstan öz dini və milli köklərini unutmaq fikrində deyillər. Kremlin bu məsələyə kəskin müdaxiləsi əks reaksiya verə bilər. Çünki bu məsələ millətçilik hislərini qaldıra və eyni zamanda ruslara qarşı yönəlmiş millətlərarası münaqişə təxribatına gətirib çıxarar. Regionda belə bir şey artıq bir dəfə çeçen müharibəsi zamanı baş vermişdi. Həmin vaxt burada yaşayan xalqlar Rusiya hakimiyyətinin müharibə siyasətini müxtəlif prizmalardan dəyərləndirirdilər.
O ki, qaldı Azərbaycan və Orta Asiya hakimiyyətlərinə, Moskva açıq şəkildə onlardan postsovet məkanının özünəməxsusluğuna üstünlük verilməsini gözləyir (Yəni Rusiyanın tərəfində dayanmağı).
Görəsən postsovet respublikaları buna hazırdırlarmı? Aydındır ki, yox. Ona görə ki, heç kim Rusiya ilə Türkiyə arasındakı münaqişənin bu cür intensiv şəkil alacağına hazır olmayıb.
- Vasitəçilik missiyası
Hələ bu yaxınlara kimi belə güman olunurdu ki, Avropa Birliyi ilə mübahisə edən və son illər Türkiyə ilə münasibətləri nisbətən soyuyan Azərbaycan, Rusiyaya tərəf yön almağa başlayıb. Rusiya ilə Azərbaycan arasındakı hərbi əməkdaşlığın dərinləşdirilməsi haqqında söhbətlər dolaşırdı. Azərbaycanlıları Avrasiya İqtisadi İttifaqına dəvət edirdilər.
İndi rəsmi Bakı Türkiyə xarici işlər nazirini böyük məmnuniyyətlə qəbul edərək, Mövlud Çavuşoğlunun Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqındakı fikrlərini dinləyir. Bundan əlavə Azərbaycan hakimiyyəti Rusiya ilə Türkiyə münaqişəsinin yoluna qoyulması istiqamətində vasitəçi kimi çıxış etməyi təklif edir. Onlar birmənalı olaraq, rusiyapərəst mövqe tutmağa hazır deyillər. Amma bu prezident İlham Əliyevin Ərdoğanın tərəfinə keçəcəyi anlamına da gəlmir. Azərbaycan ilə Türkiyənın hazırkı ticarət dövriyyəsi 4 milyard dollar təşkil edir. Ərdoğan hələ 2013-cü ildə bunun 15 milyard dollara çatdırılacağına söz vermişdi.
Öz növbəsində Qazaxıstan da Türkiyə ilə olan iqtisadi əlaqələrini qurban vermək fikrində deyil. Çünki ortada 3,5 milyard dollarlıq ticarət dövriyyəsi var. Elə ona görə də, Astana münaqişənin gərginləşməsində maraqlı görünmür. Onu da bildirmək lazımdır ki, Qazaxıstan 30 noyabrdan etibarən Ümumdünya Ticarət Təşkilatına üzv olur və bu hadisənin Astanada geniş şəkildə bayram edilməsi Rusiyanın qazaxları anti-türk sanksiyalarına qoşulmağa məcbur edə bilməyəcəyini göstərir.
Qırğızıstan, Özbəkistan və Türkmənistan isə özlərini sankı heç bir hadisə baş verməmiş kimi aparırlar. Rusiyanın postsovet məkanı üzrə tərəfdaşları gələcək fəaliyyət addımlarını götür-qoy etmək üçün vaxt udmağa çalışırlar. Orta Asiya ölkələri və Azərbaycan, Kremlin geosiyası ambisiyalarına görə hesab ödəmək niyyətində deyillər və həmçinin də onlar Moskva ilə münaqişə yaşamadan onunla müəyyən məsafə saxlamağa çalışırlar.
azpolitiko.info
Bir neçə aydan sonra İranda parlament seçkiləri olacaq. Güney Azərbaycan milli fəalları əvvəlki illərdə olduğu kimi bu seçkilərdə də nələr edəcəkləri ilə bağlı düşünməkdə və bir sıra işlər görməkdədirlər.
Artıq axşam saatlarından başlayaraq Nardaran qəsəbəsində meydana toplaşanların sıraları seyrəlməyə başlayıb.