|
Kanadanın "Arton Capital" konsaltinq şirkəti dünya pasportlarının reytinqini açıqlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, reytinqdə Azərbaycan 61-ci yerdə qərarlaşıb.
Belə ki, Respublika vətəndaşları 33 ölkəyə vizasız giriş əldə edə bilər, 48 ölkədə vizanı təyyarədən düşən zman, 117 ölkədə isə əvvəlcədən almalıdır.
Reytinqin lideri BƏƏ pasportudur. Onun sahibləri 125 ölkəyə vizasız gedə bilir. Daha 55 ölkədə vizanı getdikləri ölkəyə girən zaman ala bilirlər. Yalnız 18 ölkədə viza əvvəlcədən alınmalıdır.
İkinci yerdə Almaniya, İsveç, Finlandiya, İspaniya, Lüksemburq, Fransa, İtaliya, Hollandiya, Avstriya, İsveçrə və Cənubi Koreya qərarlaşıb. Bu ölkələrin vətəndaşları 23 ölkəyə səfər edərkən əvvəlcədən viza üçün müraciət etməlidirlər.
Üçüncü yeri Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya, Böyük Britaniya və Yeni Zelandiya tutur (onlar üçün 24 ölkədə məcburi viza tələb olunur).
Qeyd edək ki, reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və hava limanına düşən zaman viza ala biləcəyi ölkələrin sayına əsasən tərtib olunub.
Milli.Az