Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-ə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyilə bağlı dəyişikliyi- parlament respublikasına keçid etməyi vacib sayırlar. Bəzi iddialara görə, yaxın aylarda sadalanan məsələlərlə bağlı ictimai müzakirələrə başlana bilər.

 

Maraqlıdır, bu islahatlara gedilə bilərmi və referendumun keçirilməsi nə dərəcədə aktualdır?

Sozcu.az xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a deyib ki, Konstitusiya dəyişikliyi ilə bağlı kütləvi informasiya vasitələrində ara-sıra bəzi məlumatlar yayımlanır, sistemli deyil, pərakəndə şəkildə müzakirələr açılır:

“Lakin düşünürəm ki, bunların hər biri gələcəkdə özünü aktual şəkildə göstərə bilər. İstər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də, rayonların ləğv edilməsi, ola bilsin quberniya və vilayətlərin yaranması məsələsi də aktuallaşa bilər. Lakin indiki zaman kəsiyində bu qeyd etdiyiniz məsələlər aktual deyil. Rəsmi səviyyələrdə müzakirə olunmur.

Məndə bu məsələlərlə bağlı həm Milli Məclis, həm də icra strukturları səviyyəsində ciddi xarakter daşıyan müzakirələrin aparılması haqqında hər hansı məlumat yoxdur. Mən Milli Məclisin deputatıyam, bu məsələlərdə ciddi rol oynayan komitənin – Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvüyəm. Belə bir müzakirə olsa, bizim mütləq ki, xəbərimiz olar. Ola bilsin, bu, ayrı-ayrı müəlliflərin önə çəkdiyi məsələləri aktuallaşdırmaq, gündəmdə qalmaq, oxucu cəlb etmək istəyidir”.

Milli Məclisin komitə sədri Tahir Rzayev də ortaya atılan iddiaların gerçək olduğunu düşünmür:

“Azərbaycanda Konstitusiya dəyişikliklərinin olması qaçılmaz haldır. Lakin indiki məqamda – müharibə şəraitində olduğumuz dövrdə bu məsələ gündəmdə deyil. Hansısa şəxslər tərəfindən təklif olunması da məlum deyil”.

Deputat Sabir Rüstəmxanlının məsələyə münasibəti belə olub: “Ölkədə sistem, cəmiyyət, seçki sistemi ehkam deyil. Ölkənin mənafeyi naminə seçki də keçirmək olar, referendum da – nə lazımdırsa, bunu etmək mümkündür. Amma indiki halda qaçaraq, referenduma ehtiyac var, yoxsa, yoxdur, bunu deyə bilmərəm. Hər halda, sadəcə iddiaların bəziləri sosial sifariş kimi, bəziləri cəmiyyətin istəyi, hakimiyyətin münasibətini yoxlamaq üçün deyilir və s. Hər bir halda cəmiyyətdə gedən müzakirələrə, fikir fərqliliyinə, müxtəlif düşüncələrin ortaya atılmasına heç vaxt qeyri-adi baxmıram. Əksinə, bu cəmiyyətdə fəallığı qüvvədə saxlayır və daimi yenilənməni həyata keçirir”.

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

03 Okt 2016 KXCP Ali Məclisinin sessiyası keçiriləcək

Xəbər lenti