Azərbaycanın hüquq- mühafizə orqanlarının əməkdaşları, Nardaran kəndinin tanınmış ağsaqqallarından olan, kəndin ağsaqqallarə şurasının sədri Natiq Kərimovu saxlayıblar. Əldə edilən məlumata görə, N.Kərimov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Vətənə xəyanət) ittiham edilir. Məsələ ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli münasibət bildirib.

Ardını oxu...

Dolların kəskin bahalaşması manatın bir ildə ikinci dəfə devalvasiyaya uğramasına səbəb oldu. Milli valyutanın dəyərdən düşməsi bütün sahələrə təsirsiz ötüşməyib. Daha çox sosial sahədə müşahidə edilən bahalaşma hökuməti ciddi tədbirlər görməyə vadar edib. Ölkənin müxalifət düşərgəsində təmsil olunanlar sosial sahədəki vəziyyətə dair müxtəlif təkliflər səsləndiriblər. Bəziləri belə hesab edir ki, həmin təkliflər daha çox əhalini meydanlara toplamağa xidmət edir.

Ardını oxu...

Məlumdur ki, ölkədəki müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, medianın bu günə qədər ən çox ehtiyat etdiyi məsələlərdən biri MTN-nin bu qurumlar üzərində mümkün nəzarəti, ofis və redaksiyalarda gizli kamera və dinləmə cihazları yerləşdirə biləcəyi ilə bağlı olub. Maraqlıdır, MTN-nin ləğvi müxalif partiya və medianı gizli dinləmə və nəzarətdən xilas edəcəkmi? Yoxsa bu nəzarət digər güc orqanlarının timsalında başqa formada davam edəcək?

Ardını oxu...

Xəbər lenti