|
Azərbaycanın pilotsuz uçan döyüş aparatı bu gün aprelin 4-də axşam “Yerkrapa” yarımhərbi təşkilatından olan erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.
Nə musiqisi himninimzə yaraşır, nə də sözləri. Bu fikirləri Unikal.org-a Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Mirmahmud Mirəlioğlu: “Bizi bu oyuna salmışdılar və bu oyun bu gün də davam edir”
Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında məhkəmə prosesi keçirilib.
Türkiyə dövləti PKK-nı tamamilə məhv etmək üçün terrorçuların sığındığı Şimali İraq Kürd Muxtariyyəti və İran İslam Respublikası ilə danışıqlar aparır.
Ukraynada Azərbaycan diasporunun fəallarından olan Rauf İsmayılovun oğlu Zaur İsmayılov növbəti dəfə “Luqansk Xalq Respublikası”nın baş prokuroru seçilib.
Azərbaycanda bu il ilk dəfə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu və səfərin təşkilinin vaxtı təxirə düşüb.
Belçikadakı terror aktlarına görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.
“Azərbaycanla ABŞ arasında enerji və radikalizmlə mübarizə sahəsində yaxın tərəfdaşlıq münasibətləri mövcuddur. ABŞ regionun enerji layihələrinə dəstək verir. Hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulur”.
Bu sözləri Amerika İsrail İctimai İşlər Komitəsinin Vaşinqtonda keçirdiyi 2016-ci il üçün siyasi konfransında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib. Səfir konfrans çərçivəsində düzənlənən “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminarda çıxış edib.
Trend-in xəbərinə görə, E.Süleymanov müsəlman şərqində ilk respublikanın Azərbaycanda təsis edildiyini və qadınlara seçki hüququnun hətta ABŞ-dan əvvəl bu Respublikada reallaşdırıldığını qeyd edib.
O deyib ki, dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycan tolerantlıq ənənələrinə diqqət verir. Azərbaycanda dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar, o cümlədən yəhudi icması sülh və əmin-amanlıq içərisində yaşayır.
Tədbirdə Corctaun Universitetinin araşdırmaçısı Brenda Şefferin, Cons Hopkins Uuniversitetinin proqram direktoru Svante Kornelin çıxışları dinlənilib.
Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslər və regional təhlükəsizlik çağırışları kimi məsələlərə toxunulub.
Konfransda ABŞ vitse-prezidenti Cozef Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayn, 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürmüş sabiq dövlət katibi Hillari Klinton və başqaları çıxış ediblər.